waplog

“IBM Watson” superkompüterinin intellekti “ağıllı” avtomobilləri idarə edəcək


“IBM” şirkətinin mütəxəssisləri “BMW” şirkətindən olan həmkarları ilə birgə hərəkət təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə “Watson” adlı süni intellektin avtomobillərə tətbiqi üzərində işləyirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “BMW i8” adlı avtomobildə “IBM Watson” süni intellektinə əsaslanan alqoritmdən istifadə ediləcək. Bu alqoritm daima ətraf mühitin dəyişikliklərinə və yoldakı vəziyyətlərə uyğunlaşacaq, həmçinin öz sürücüsünün vərdişlərini öyrənəcək.

Press-relizə əsasən, "Watson superkompüterinin imkanları sürücüyə öz avtomobili ilə təbii dildə ünsiyyət saxlamağa imkan verəcək. Bu, sürücüyə müəyyən qaydalara əsaslanan ifadələrə vaxt sərf etməyərək diqqəti daha çox yola və avtomobilin idarəetməsinə yönəltməyə imkan verəcək. Həmçinin “Weather Company”dən meteoroloji məlumatlar, seçilmiş hərəkət marşrutunda yol vəziyyəti, hərəkət rejimi və nəqliyyat vasitəsinin statusu haqda məlumatlar avtomobilin idarəetmə sisteminə ötürüləcək. Bu məlumatlar sayəsində sistem sürücülük rejimi, hərəkət marşrutu haqda tövsiyələr verəcək".

Superkompüterin alqoritmlərinin avtomobildə daha çox köməkçi funksiya kimi istifadə olunacağına baxmayaraq, istehsalçılar gələcək avtomobillərin tamamilə avtonom nəqliyyat vasitəsi ola biləcəyini istisna etmir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL