Yüksək Texnologiyalar Parkında yeni rezident şirkət fəaliyyətə başlayır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi işlər və apardığı islahatlar nəticəsində Yüksək Texnologiyalar Parkında daha bir yeni rezident şirkət fəaliyyətə başlayır.
Azərbaycan şirkəti olan "CRM GROUP" MMC hazırda Azərbaycana idxal olunan məhsulların yerli əvəzedicilirərinin hazırlanması istiqamətində öz biznes fəaliyyətini qurmağı planlaşdırır. İT proqram həllər və müxtəlif avadanlıqların quraşdırılması, elmi tədqiqat və təcrübə-sınaq işlərinin aparılması, onların nəticələrinin sənayeyə tətbiq edilməsi üçün rezident şirkət tərəfindən bir sıra işlərin görülməsi nəzərdə tutulub.
"CRM GROUP" MMC şirkətinin məqsədi Azərbaycan və regional İT bazarının tələblərinə əsasən yeni texnoloji avadanlıqların istehsalı, qonşu ölkələrə ixrac olunması, həmçinin İT innovasiyaların "Made in Azerbaijan" brendi altında dünya bazarlarında tanıtımı və yerli innovativ məhsulların araşdırılıb inkişaf etdirilməsidir.
Şirkətin təqdim etdiyi "CRM İT İNNOVATİON PRODUCTS" layihəsinin Pirallahı adasında Yüksək Texnologiyalar Parkının ərazisində həyata keçirilməsi üçün 2,5 hektar sahənin ayrılması nəzərdə tutulub. Bu ərazidə laboratoriyaların, anbarın, ofis və yardımçı sahələrin qurulması planlaşdırılır.
Yüksək Texnologiyalar Parkının sayca ikinci rezidenti olacaq bu şirkətin 2020-ci ilə qədər Azərbaycanda lazer printer tonerlərinin aparıcı distribyutoru olması, həmçinin İT proqram həlləri və xidmətləri üzrə aparıcı şirkətə çevrilməsi hədəf seçilib.
Qeyd edək ki Yüksək Texnologiyalar Parkı yerli İT şirkətləri ilə yanaşı innovativ startap lahiyələrə daimi olaraq dəstək verməkdədir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL