waplog

Bakteriyalar metabolizmi ilə işləyən kağız batareya yaradılıb


Alimlər kağız vərəq üzərində xüsusi bakteriyalarla işləyən qatlanan batareya yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Qazeta” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, batareyanın yaradılması üçün dünyanın istənilən yerində əldə edilməsi mümkün olan sadə elementlər lazımdır. Alimlər xromatoqrafiya üçün kağızı gümüş nitratı ilə hopduraraq yuxarıdan onu mumla bağlayıblar. Batareyanın digər tərəfində keçirici polimerdən hazırlanan bakteriyalı mayenin doldurulması üçün yer var. Qatlanan zaman üst tərəfi bir-birinə toxunan batareya bakteriyalar metabolizmi sayəsində işləməyə başlayır.

Məlumata görə, batareyanın gücü onun neçə qatının bir-birinə toxunmasından asılıdır. Belə ki, laboratoriya eksperimentlərində alimlər altı batareya vasitəsilə 3х3 ölçüsündə yığılmada 31,51 mikrovatt və 6х3 ölçüsündə yığılmada 44,85 mikrovatt gücə nail olublar. Bu, hətta bir lampanın yandırılması üçün kifayət etməsə də, şəkər xəstələrində qlükoza səviyyəsinə nəzarət üçün biosensorlarda və digər az enerji sərf edən tibbi qurğularda istifadə üçün yetərli hesab olunur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL