waplog

Ultrabuklar fərdi kompyuter bazarını planşetlərdən xilas edəcək


“Acer” şirkətinin vitse-prezidenti Skott Lin bildirib ki, “MacBook Air” üslubunda hazırlanmış ultrabuklar kompyuter sahəsini planşet təzyiqindən xilas edəcək. “iPad” kimi qurğular yüngül və nazikliyinə, uzunmüddətli avtonom iş rejiminə və əyləncə istiqamətinə görə yüksək tələbat görür.

Ultrabuklar da eyni imkanlara malik olduqlarını sübut edən kimi istehlakçılar daha adi noutbuk və ya planşet istəməyəcəklər. Onlar ultrabukları üstün tutacaqlar”.

Bununla yanaşı, “Acer” rəhbəri 2012-ci ildə leptoplara marağın yenidən artacağını qeyd edib.

“İT bazardakı hadisələrdən aydın olur ki, planşet istehsalı tədricən azalır. İlk əvvəl “HP” və “RİM” şirkətləri öz sensor planşet satışlarının aşağı olması haqqında əsas gətirərək bu qurğuların istehsal həcmlərini azaltdılar.

Daha sonra “Apple” şirkəti “iPad2” planşetinin istehsalına sifarişləri azaltdı. Bütün bunlara baxmayaraq, 2011-ci ilin nəticəsinə görə, planşetlərin ümumi tədarük həcmi 62,5 milyon təşkil edəcək”.

“Acer” top menecerinin sözlərinə əsasən, böyük şirkətlər öz ultrabuklarını bazara 2011-ci ilin dördüncü rübündə çıxaracaqlar, növbəti rüb isə kütləvi tədarüklər başlayacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL