waplog

“Microsoft” kapitallaşma dəyəri 1 trilyon dollar təşkil edən ilk şirkət ola bilər


“Microsoft” yaxın gələcəkdə 1 trilyon dollarlıq bazar kapitallaşmasına malik ilk şirkət ola bilər. Bu barədə ABŞ analitiklərinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, qeyd olunan hadisənin hazırda bu reytinq üzrə bazar kapitallaşması 617 milyard dollar olan “Aplle” şirkətinin birinci yeri tutmasına baxmayaraq baş verəcəyi gözlənilir.

Mütəxəssislərin qənaətinə görə, “Microsoft” hazırda reytinqdə məhdud proqram təminatına malik “Apple” şirkəti lider olsa da, bu həddi aşa bilər. Eyni zamanda ekspertlər qeyd edirlər ki, “Microsoft” 1 trilyon dollar məbləğində bazar dəyərinə nail olmaq üçün səhmlərin qiymətini təxminən 2 dəfə artırmalıdır. Həmçinin “LinkedIn” sosial şəbəkəsinin auditoriyasını 700 milyon istifadəçiyədək artırmaq tələb olunur. Hazırda şəbəkə istifadəçilərinin sayı 433 milyon nəfər təşkil edir.  

Qiymətli kağızlar bazarında fəaliyyət göstərən ekspertlərin analitik məlumatlarına görə, hazırda “Apple” şirkətinin kapitallaşma dəyəri 617 milyard dollar, “Alphabet” şirkətinin 548 milyard dollar, “Microsoft” korporasiyasının 492 milyard dollar qiymətləndirilir. Reytinqdə sonrakı yerlərdə “Amazon” və “Facebook” qərarlaşıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL