waplog

“Tapdo” kontrolleri barmaq izinin köməyi ilə mobil proqram və qurğuları idarə etməyə imkan verəcək


Almaniyanın “Tapdo” startapı tərəfindən hazırlanmış eyni adlı kontroller barmaq ucu izi və falanqaların köməyi ilə smartfonda mobil proqram və müxtəlif "ağıllı" qurğuları idarə etməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Tapdo” kiçikölçülü barmaq izi skaneridir və onu biləyə taxmaq mümkündür. Kontroller “Bluetooth” vasitəsilə “Android” və ya “iOS” mobil əməliyyat sistemləri ilə işləyən smartfona qoşulur və mobil tətbiq hər bir barmaq falanqası üçün bu və ya digər komandanın icrasını təyin etməyə imkan verir. Məsələn, şəhadət barmağının ucu ilə sensora toxunuşu sazladıqdan sonra smartfonda musiqini işə salmaq olar, barmağın orta falanqasının izi isə gurluğu  tənzimləyə bilər.

“Tapdo” mobil proqramı, həmçinin smartfona qoşulmuş “əşyalar interneti” qurğularının idarəetməsində tətbiq edilə bilər. Kontrollerin istehsalçıları “Philips Hue” "ağıllı"  lampasını nümunə göstərirlər. Ümumilikdə istifadəçi hər bir əl üçün 14-dək müxtəlif komanda proqramlaşdıra bilər.

İstehsalçılar 2017-ci ilin fevralında “Kickstarter” platformasında qurğunun istehsalına vəsait toplamaq üçün kampaniya işə salmağı planlaşdırırlar. Kontrollerin bazar qiyməti 100 ABŞ dolları məbləğində olacaq.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL