2016-cı ilin ən populyar mobil tətbiqləri
“Nielsen” analitik şirkəti smartfonlar üçün ən populyar proqramların reytinqini dərc edib. 2016-cı ilə 10 ən populyar mobil proqramdan 8-i “Facebook” və “Google” şirkətlərinə məxsus olub. Aylıq 146 milyondan çox unikal istifadəçi auditoriyasına malik “Facebook”un rəsmi tətbiqi ilk pillədə qərarlaşıb. Təxminən 130 milyon unikal istifadəçiyə malik “Facebook Messenger” ikinci yeri tutub. 114 milyon istifadəçi auditoriyasına malik “YouTube” ilk üçlükdə qərarlaşıb.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Facebook” və “Google”a məxsus mobil tətbiqlərin populyarlığı izahediləndir, çünki “Facebook” dünyada ən populyar sosial şəbəkədir, “Google”un mobil proqramları isə “Android” smartfonlarına öncədən quraşdırılır və bir çox istifadəçilər məhz onlardan istifadə edirlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL