waplog

Virtual reallıq üçün çəkmə təqdim edilib


Yaponiyanın “Cerevo” şirkəti müxtəlif səthlər üzrə yerimə və ya ayaqla zərbə hisslərini imitasiya edən “Taclim” virtual reallıq çəkməsini təqdim edib. Hazırda prototip mərhələsində olan qurğu yalnız toxunuşla duyulan hissləri imitasiya edir.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, müasir virtual reallıq sistemləri istifadəçiyə görmə və eşitmə hisslərini qəbul etməklə modelləşdirilən kompüter dünyasına dalmağa imkan verir. Bununla belə, onlar istifadəçinin modelləşdirilən dünya ilə realdakı kimi əlaqə yaradan zaman qəbul edə biləcəyi hissləri imitasiya edə bilmədiklərinə görə virtual reallığa tam dalmır.  

Yeni “Taclim” virtual reallıq botinkası ayağın altından və pəncədən qalın kəmərlə bərkidilib. Altlıqda toxunuşla duyulan hissləri imitasiya edən üç modul quraşdırılıb. Las-Veqasda “CES 2017” sərgisində qurğunu sınaqdan keçirən “Gizmodo” saytının müxbirinin sözlərinə görə, botinkanın imitasiya etdiyi hissləri real adlandırmaq hələ ki qeyri-mümkündür.

Məlumata görə, “Cerevo” şirkəti yeni çəkmənin satışına bu ilin payızında başlamağı planlaşdırır. Bir cütün qiymətinin 1000-1500 dollar arasında olacağı gözlənilir. Hazırda qurğu prototipi yalnız “Google VR” virtual reallıq eynəyi ilə uyğunluq təşkil etsə də, mütəxəssislərin bildirdiyinə görə, yaxın vaxtlarda digər sistemlər (Oculus Rift, Steam VR və ya PlayStation VR) üçün adaptasiya ediləcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL