waplog

“Galaxy S8” smartfonunun sınaqlarına başlanılıb


Cənubi Koreyanın "Samsung" şirkəti yeni qabaqcıl "Galaxy S8" və "Galaxy S8 Plus" smartfon modellərini sınaqdan keçirməyə başlayıb. Qurğuların tam sensorlu idarəetmə ilə təchiz ediləcəyi gözlənilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, Çində keçirilən sınaqlarda smartfonların yerli bazarla yanaşı, digər ölkələr üçün versiyaları test edilir.
 
Dekabrın ilk günlərində internet mənbələrində Cənubi Koreya istehsalçısının "Galaxy S8" modelində "Home" fiziki düyməsindən imtina edərək displey şüşəsinin altında yerləşəcək sensor düyməyə üstünlük verməsi barədə məlumat yayılıb. Qurğunun konstruksiyasında nəzərəçarpacaq dəyişikliklərin təkcə "Apple" şirkəti və Çin brendləri ilə aparılan rəqabətlə əlaqədar olmadığı bildirilir. Bazar icmalçılarının fikrincə, "Galaxy 8" modeli "Galaxy Note 7" smartfonunun uğursuzluğundan sonra əsas populyar qurğu olmaqla şirkət pərəstişkarlarının ümidlərini doğruldacaq.
 
Məlumata görə, "Samsung" fiziki naviqasiya klavişlərindən tam imtina edərək bütün üst tərəfi ekran üçün istifadə edəcək. Aparatın ön tərəfində yerləşən barmaq izi skaneri də ləğv edilə bilər. Biometrik identifikasiyanın necə quraşdırılacağı barədə məlumat verilmir.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL