waplog

“HP” şirkəti 1000-dən çox komponentə malik foton prosessoru yaradıb


Hazırda informasiyanın ötürülməsi və işlənməsi üçün elektron axınından istifadə olunur, amma hesablamaların getdikcə mürəkkəbləşməsi ondan xəbər verir ki, tezliklə müasir metodlar işə yaramayacaq. Çox böyük sürətə malik fotonlar bu məsələdə daha məqsədəuyğundur. “Hewlett Packard” laboratoriyasından olan alimlər qrupu tərəfindən yaradılmış optik prosessorda kifayət qədər mürəkkəb hesablamaları sürətli və səmərəli yerinə yetirmək qabiliyyətinə malik 1052 optik komponent mövcuddur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki,  optik prosessorun iş prinsipi ayrı-ayrı atomlar maqnit sahələrinin qarşılıqlı əlaqəsini müəyyənləşdirən modelə əsaslanır. Bu modelə əsasən, atomların hər biri fırlanır və onun fırlanma istiqaməti "yuxarı" və ya "aşağı" mənasını ifadə edir. Müəyyən nöqtədən yuxarı temperaturda olan ferromaqnit materiallarda atomların fırlanma istiqamətləri onların istilik dəyişiklikləri hesabına xaotikdir. Ancaq temperatur aşağı düşdükdə ilk növbədə atomlar arasındakı qarşılıqlı əlaqə önə çıxır və onların fırlanma istiqamətləri qaydasına düşür.
 
Belə prosessorlar hələ ki tamdəyərli kompüter elementi olmasalar da, amma müəyyən məsələlərin (məsələn, kompüter qrafikası alqoritmlərinin emalı və ya başqa böyük məlumat massivinin emalı) icrasında sürətləndirici rolunda xidmət edə bilərlər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL