waplog

Növbəti ilin “iPhone” modeli tarixdə ən sürətli smartfon olacaq


Tayvanın “TSMC” şirkətinin 10 nanometrlik yarımkeçirici məhsullarının kütləvi istehsalına yenicə başlamasına baxmayaraq artıq 7 nanometrlik texnoloji prosesi təcrübi istehsala çatdırmaq niyyətindədir. Bu isə o deməkdir ki, “Apple” şirkətinin 2018-ci ildə təqdim edəcəyi “iPhone 8s” smartfon modeli istifadəçilərə misilsiz hesablama gücü təklif edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, mütəxəssislərin fikrincə, “TSMC” şirkətinin konveyerlərindən buraxılan 7 nanometrlik yarımkeçiricilərin xüsusiyyətləri “Intel” şirkətinin 10 nanometrlik həllərinin xarakteristikalarına yaxın olacaq.

Yeddi nanometrlik texnoloji prosesə gəldikdə, məlumatlı mənbələrin bildirdiyinə görə, şirkət belə məhsulun istehsalı üçün rəqəmli layihələrin qəbuluna bu ilin ikinci rübündə başlayacaq.

Şirkətin planına görə, 7 nanometrlik yarımkeçiricilərin kütləvi istehsalına 2018-ci ilin birinci rübündə başlamaq planlaşdırılır. Cari ildə “iPhone” istehsalçısı “Apple A11” istehsal xəttindən olan 10 nanometrlik prosessorlar üçün sifarişlər verəcək. Beləliklə, bir ildən sonra Tayvan istehsalçısı “Apple” şirkətinə daha mükəmməl texnoloji proses üzrə yarımkeçiricilərin buraxılışını təqdim etməyə hazır olacaq.

Qeyd edək ki, “TSMC” ABŞ istehsalçısı üçün əsas prosessor tədarükçüsü rolunda bu yaxınlarda çıxış etməyə başlayıb. “Apple” şirkətinin tərəfdaşının zavodlarında 7 nanometrlik prosessorların buraxılışına maraq göstərəcəyi isə istisna edilmir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL