waplog

“Ağıllı” saat şəkər xəstələrinə kömək edəcək


“PKvitality” şirkəti “CES Innovation Awards” sərgisinin stendlərində qeyri-adi olmaqla yanaşı, qanda qlükozanın, eləcə də süd turşusu və başqa mübadilə məhsulları daxil olmaqla digər karbohidrat mübadiləsi pozuntularının bioloji əlamətlərinin səviyyəsinin ölçülməsi kimi vacib funksiyanı yerinə yetirən “ağıllı” “K’Track Glucose” saat prototipini nümayiş etdirib. Saat 0,5 millimetr uzunluğunda mikroiynə vasitəsilə sutkada 30-dək ölçmə apararaq orqanizmin aktual göstəricilərini nümayiş etdirir. Bu, xüsusilə insulin terapiyasının başlanğıcında olmaqla 1-ci və 2-ci tip şəkərli diabet xəstələri üçün faydalı alətdir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, hiss edilməyən, ağrısız analizin aparılması üçün “SkinTaste” texnologiyasından istifadə olunur. “K’Track Glucose” qlükoza və süd turşusunu ölçməklə yanaşı, sərf olunan kalorilərin miqdarını, atılan addımların sayını və müddət ərzində qət edilən məsafəni hesablayır. Qiyməti 200 dollar təşkil edəcək qurğunun korpusunda sensor üçün hər ay əlavə 150 dollar ödəmək tələb olunacaq. Ümumilikdə isə istifadəçi istismar üçün illik 1 350 dollar ödəyəcək. Hazırda analoji qiymətə üçaylıq müddət üçün birdəfəlik sınaq çubuqları dəstini əldə etmək olar. 2018-ci ildə satışa çıxarılması nəzərdə tutulan “K’Track Glucose” istehsal texnologiyalarının ucuzlaşmayacağı təqdirdə bahalı qurğular sinfinə aid olacaq.

Şirkət, həmçinin ürək döyüntülərinin sayını, qanda süd turşusunun, eləcə də oksigenin səviyyəsini hesablayan “K’Track Athlete” idman bilərziyini təqdim edib. Bilərziyin qiyməti və dəyişilən sensorun qiyməti "K’Track Glucose” saatının qiymətinə uyğundur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL