Qəbələdə Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının 29-cu iclası keçirilir
Azərbaycanda MDB dövlətlərinin Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının 29-cu iclası keçirilir. Bakıda start götürən toplantı bu gün Qəbələdə öz işini davam etdirir.
Şuranın sədri Gennadi Kornenko, sədr müavini Azərbaycanın Dövlət Feldyeger xidmətinin rəisi Ədalət Paşayevdir.
Hər il şuraya daxil olan MDB ölkələrinin birində keçirilən Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının iclasında dövlətlərarası feldyeger əlaqələrinin genişləndirilməsi, xüsusi sənədlərin çatdırılması, il ərzində görülən işlər, gələcək perspektivlər, xidmət keyfiyyətinin artırılması məsələləri müzakirə olunmuşdur.
Bu gün Qəbələdə keçirilən toplantıda əsasən cari məsələlər və növbəti toplantıya qədər həyata keçiriləcək məsələlər müzakirə olunur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL