“Intel” şirkəti kredit kartı boyda mini-fərdi kompüter təqdim edib
ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş "CES" beynəlxalq istehlak sərgisində "Intel" şirkəti tərəfindən təqdim edilmiş kredit kartını xatırladan "Compute Card" adlı qeyri-adi mini-fərdi kompüter adi ev qurğularını "ağıllı" qurğulara çevirmək qabiliyyətinə malikdir.
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, "Compute Card" mini-kompüterinin ölçülərinin 95x55x5 mm təşkil etməsinə baxmayaraq, bu yığcam korpusa birkristallı sistem, əməli və daimi yaddaş, həmçinin simsiz və kabel qoşulması üçün zəruri elementlərə malik mini-kompüter yerləşdirilib.
Şirkət hələ ki qurğunun dəqiq xüsusiyyətlərini açıqlamayıb. Yaradıcıların fikrincə, "Compute Card" ev qurğularının sadə yeniləməsində istifadə edilə bilər və bu da ev qurğularının "əşyalar interneti" texnologiyalarını dəstəkləməsinə imkan verəcək. Məsələn, mini-fərdi kompüteri soyuducu, videomüşahidə kameraları və başqa qurğularda istifadə etmək mümkün olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL