waplog

Niderlandda qatarlar külək enerjisi ilə işləməyə başlayıb


Niderlandda bütün dəmiryolu qatarları küləklə işləyən elektrostansiyaların enerjisi ilə təmin olunmağa başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, ölkə qatarlarının küləyin gücü ilə hasil edilən elektriklə təchiz edilməsinə keçməsi Avropa dövləti ilə yanaşı, bütün dünya üçün əlamətdar hadisə hesab olunur. Niderland dəmir yollarında qatarların hərəkətinin külək elektrostansiyalarının hasil etdiyi enerji ilə işləmə texnologiyasını tətbiq edən ilk ölkədir.

Məlumata görə, generatorun bir saat işləməsi qatarın 200 km məsafəni qət etməsinə kifayət edəcək.
Bundan əvvəl Niderlandda qatarların külək elektrostansiyalarının enerjisinə keçməsi 2018-ci ilə nəzərdə tutulmuşdu.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL