waplog

Süni intellektli ilk “ağıllı” diş fırçası nümayiş olunub


Fransanın "Kolibree" şirkəti süni intellektlə təchiz edilən "ağıllı" "Ara" elektrik diş fırçasını nümayiş etdirib. Qurğuda az enerji sərfiyyatına malik prosessordan, proqram təminatında patentləşdirilmiş dərin təlim alqoritmlərindən istifadə olunub.

"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, gələcəkdə "Əşyalar interneti" texnologiyalarından və süni intellektdən istifadə adi hala çevrilərək elektron cihazların təsvirində ayrıca xatırlatma tələb etməyəcək, lakin hazırda istehsalçılar bu imkandan məhrumdurlar.

"Ara" qurğusu diş şotkasından istifadənin xüsusiyyətlərini, o cümlədən istifadənin müddətini və tez-tez işlənməsini,  ağız boşluğunun hansı hissələrinin nə dərəcədə təmizlənməsini təhlil edən bir neçə sensorla təchiz edilib.

Toplanan məlumat patentləşdirilmiş alqoritmlər vasitəsilə emal edilərək "iOS" və ya "Android" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qoşulmuş mobil qurğuya göndərilir. Bundan sonra istifadəçiyə dişlərə qulluğun yaxşılaşdırılması üçün tövsiyələr təklif olunur.

Diş şotkasında, həmçinin mobil oyunlar quraşdırılıb ki, bu da istifadəçiyə dişlərini təmizləyən zaman "iPhone" smartfonunda oyunlar oynamağa imkan verəcək. Çəkisi 70 qram təşkil edən fırçada tüklərin səsli vibrasiyalarından istifadə olunub.

İlkin sifariş qiyməti 80, pərakəndə satış qiyməti 130 dollar təşkil edəcək "Kolibree Ara" qurğusunun buraxılışına bu ilin martında başlamaq planlaşdırılır.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL