Yeni qurğu dərhal “3D” fotoşəkillər yaradacaq
ABŞ-ın "Bellus3D" şirkəti "CES" istehlak elektronikası sərgisi çərçivəsində bir neçə saniyəyə üçölçülü formatda (3D) fotoşəkillər yaratmağa imkan verən qeyri-adi yeni qurğu nümayiş etdirib.
"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, kompakt şəkilli aksessuarı daşımaqla yanaşı, "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşet və ya smartfonun yuxarı hissəsinə bərkitmək mümkündür. Yeni qurğu iki infraqırmızı rəng qamma ötürücüsü və obyektin fotosunun üçölçülü skan edilməsi üçün digər iki infraqırmızı lazer projektorla təchiz edilib.
Məlumata görə, yeni texnologiyaya malik ilk modellərin bu ilin sonunda təqdim ediləcəyi gözlənilir. Hazırda hazırlanma və təkmilləşdirilmə mərhələsində olan qurğunun qiyməti 300 dollar təşkil edəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL