Ötən il biometrik smartfonların sayı iki dəfə artıb
“Acuity Market Intelligence” analitik şirkəti 2016-cı ildə biometrik texnologiya ilə təchiz edilən smartfon modellərinin sayının iki dəfədən çox artmasını açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Payspacemagazine ” resursuna istinadən yazır ki, mobil telefon istehsalı ilə məşğul olan şirkətlərin 87 faizi 346 biometrik smartfon modeli təqdim edib. Beləliklə, 2013-cü ildən onların sayı 549-dək artıb. Ötən il belə modellərin sayı 200 ədəd təşkil edib.
Hazırda dünyada istifadədə olan biometrik smartfonların sayı bir milyarda bərabərdir ki, bu da bütün qlobal mobil telefon bazarının 40 faizini təşkil edir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL