waplog

“Windows 10” sistemində diaqnostik məlumatların toplanması azaldılacaq


“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi istifadəçilərinin məxfiliyinin yaxşılaşdırılmasına yönələn bir neçə yeni funksiya barədə açıqlama verib. “Windows 10” sistemli qurğu istifadəçiləri bundan sonra olduqları yer, axtarış sorğuları, brauzer tarixçəsi və “Cortana Notebook” səsli köməkçi funksiyası daxil olmaqla qurğuların aktivliyinə nəzarət edə biləcəklər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yenilik ilk növbədə təşkilatlarda qurğuların telemetriya və məxfiliyinə nəzarət edən informasiya texnologiyaları peşəkarları üçün nəzərdə tutulub.
 
“Windows 10” üçün ikinci yenilik toplanan informasiyanın sayının azaldılaraq diaqnostik məlumatların sadələşdirilməsi olub.
 
“Microsoft” istifadəçi rəylərini nəzərə alaraq “Windows 10” sistemində onlara seçim üçün başa düşülən məxfilik funksiyaları təqdim etməyə hazırlaşmasını bəyan edib. “Creators Update” yenilənməsi bu funksiyaları daha sadə interfeysə keçirəcək. Dəyişiklikləri əməliyyat sisteminin əvvəlki versiyalarını yenilədikdən və ya tam quraşdırdıqdan sonra qurğunu ilk dəfə işə salan zaman görmək mümkün olacaq. Əvvəlcədən quraşdırılan “Windows 10” istifadəçiləri isə funksiyalara düzəlişlər etməklə bağlı bildirişlər alacaqlar.
 
Bildirilir ki, diaqnostik informasiya bundan sonra əsas və tam səviyyəyə bölünəcək. Əvvəllər genişlənmiş səviyyəni seçən istifadəçilərə onların istəklərinə uyğun olaraq əsas və ya tam səviyyəyə keçmək təklif olunacaq. Bundan başqa, əsas səviyyədə göndərilən məlumatların sayı azaldılıb.
 
İstifadəçilər dəyişikliklərdən “Windows 10 Creators Update” yenilənməsi işıq üzü gördükdən sonra yararlana biləcəklər.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL