waplog

Smartfonlar gözqamaşdırıcı lazer şüasının mənbəyini tapmağa kömək edəcək


Böyük Britaniya Müdafiə Nazirliyinin Müdafiə Elmləri və Texnologiyalar laboratoriyası tərəfindən smartfonlar üçün hazırlanmış yeni mobil proqramın köməyi ilə pilotlar və aeroport işçiləri gözqamaşdırıcı lazer şüasının mənbəyini yüksək dəqiqliklə müəyyənləşdirə biləcəklər. “Aviation Week” nəşri yazır ki, “LERapp” adlandırılmış mobil proqram hazırda sınaqdan keçirilir.

“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, son bir neçə ildə qəsdən mülki təyyarə pilotlarının gözlərini qamaşdırmaq üçün lazerlərdən istifadə halları artıb. Məsələn, Böyük Britaniyada 2009-cu ildən təxminən 10 min təyyarə lazer şüasının hücumuna məruz qalıb. Bu halda yalnız bir neçə nəfər məsuliyyətə cəlb edilib.

Lazer şüasının köməyi ilə pilotların gözlərini qamaşdıran cinayətkarı cəzalandırmaq son dərəcə çətindir, çünki onu tutmaq üçün yüksək dəqiqlikli avadanlıq lazımdır ki, cinayətkarın olduğu yeri dəqiq müəyyənləşdirsin. Bundan başqa, Britaniya polisi iddia edir ki, hətta cinayətkarı tutduqdan sonra onun günahını sübut etmək çətindir.

Lazer şüasının mənbəyini müəyyənləşdirən yeni “LERapp” mobil proqramı smartfonun kamerasından və “GPS” sensordan istifadə edir. Bundan sonra cinayətkarın koordinatı polis bölməsinə verilir. Sözügedən mobil proqram cari ilin yayında yükləmə üçün əlçatan olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL