Ötən il “iOS” və “Android” istifadəçilərinin nə qədər əlavə yükləməsi məlum olub
"App Store" və "Google Play" əlavələr mağazalarının 2016-cı ilin dördüncü rübünün yekunlarına görə xalis mənfəəti 8,7 milyard dollara çatıb ki, bu da illik ifadədə 67 faizlik artıma bərabərdir. Bu barədə "Sensor Tower" tədqiqat şirkətinin hesabatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, analitiklər "Apple" və "Google" şirkətləri tərəfindən əlavələr mağazaları hesabına əldə edilən mədaxil üzrə hesabat dərc ediblər. "Apple" şirkətində illik gəlir 5,4 milyard olmaqla artım 60 faiz təşkil edib, "Google"da isə mədaxil 3,3 milyard dollar, artım 82 faiz olub.
Hesabata görə, ötən ilin sonuncu rübündə 19,2 milyard əlavə yüklənib (artım 17 faiz), il ərzində ümumilikdə istifadəçilər 80 milyarddan çox proqram quraşdırıblar.
2016-cı ildə ən çox yüklənən əlavə rəsmi "Facebook" proqramı olub. İkinci yerdə "Facebook Messenger", üçüncüdə "WhatsApp" qərarlaşıb.
Ən gəlirli əlavələrə gəldikdə, birinci yeri "Spotify" servisinin proqram təminatı tutub. İkinci pillədə "Line", üçüncüdə "Netflix" yer alıb. Həm bu, həm də digər reytinqə oyun proqramları daxil edilməyib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL