Yeni üsul eyni kompüterdə bir neçə brauzeri izləyəcək
ABŞ-ın Lihay və Vaşinqton universitetlərinin tədqiqatçılar qrupu bir kompüterdə quraşdırılan müxtəlif brauzerlərdən istifadə edilən zaman istifadəçiləri izləməyə imkan verən texniki üsul nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Cross-browser fingerprinting” (CBF) adlanan yeni praktika son bir neçə ildə internet brauzerlərində quraşdırılan texnologiya və funksiyalara əsaslanır. Yeni metod kompüterin əməliyyat sistemi və proqram təminatı komponentlərinin (videokart, mərkəzi prosessor, AudioContext və s.) istifadə olunduğu brauzerdə yerinə yetirilən əməliyyatlar üçün verilən cavabları təhlil edir. Əldə edilən məlumatlar əsasında tədqiqatçılar ayrı-ayrı istifadəçilər üçün istifadə edilən brauzerdən asılı olmayaraq spesifik müxtəlif aparat vasitələrini müəyyənləşdirməyə nail olublar. Məsələn, “WebGL” proqramında “3D” kubun tərəflərindən birinə şəkilin çəkilməsi bütün brauzerlər üçün aparat təminatının parametrlərində oxşar cavaba səbəb olur. Ekspertlərin sözlərinə görə, bu, əməliyyatın brauzerin proqram təminatı ilə deyil, videokartla edilməsi ilə əlaqədardır.
“CBF” praktikası vasitəsilə tədqiqatçılar istifadəçi brauzerlərinin 99,24 faizini düzgün müəyyənləşdirə biliblər, halbuki əvvəlki üsullar 90,84 faizlik nəticəyə nail olmağa imkan verib.
Tədqiqatçılar yeni metod barədə daha ətraflı məlumatı fevralda keçiriləcək şəbəkə və paylayıcı sistemlərin təhlükəsizliyinə həsr edilən simpozium (Network and Distributed System Security Symposium) çərçivəsində təqdim etməyi planlaşdırırlar.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL