Bu il yaddaş mikrosxemlərinə tələbat artacaq
2017-ci il ərzində dünyada “NAND flash” yaddaş mikrosxemlərinin tədarükündə çatışmazlıq müşahidə ediləcək. Bu barədə Tayvanın yaddaş toplayıcıları üçün kontrollerlərin buraxılışında ixtisaslaşan “Phison Electronics” şirkətinin Direktorlar Şurasının sədri Senq Pua deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət rəhbərinin sözlərinə görə, 2017-ci ildə "NAND flash” çiplərinə mobil telefon, fərdi kompüter, server və istehlak elektronikası istehsalçıları, eləcə də avtomobil sənayesi tərəfindən tələbat artacaq.
Eyni zamanda top-menecer qeyd edib ki, toplayıcı istehsalçılarının "3D NAND” tipli yaddaş mikrosxemlərinin buraxılışına keçməsi tədarükdə çatışmazlığa səbəb ola bilər. Əvvəlcə fləş-yaddaş sənayesində tələb və təklif arasında balansın 2016-cı ilin sonunda normallaşacağı ehtimal edilsə də, tədarükdə nəzərəçarpacaq çatışmazlıq hələ də qalmaqdadır.
“NAND flash” çatışmazlığı barədə çoxlu ekspertlər də danışır. Məsələn, “Gartner” şirkətinin baş analitiki Devid Kristensen bu yaxınlarda xəbərdar edib ki, fləş-yaddaş çatışmazlığı 2017-ci il boyunca müşahidə olunacaq.
Öz növbəsində Koreya Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Korea Semiconductor Industry Association - KSIA) nümayəndəsi An Ki-Hyun hesab edir ki, “ağıllı” qurğular nə qədər çoxalsa və internetə qoşulsa, bir o qədər dünyada "NAND flash” çiplərinə tələbat kəskin artar.
“IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə dünya bazarında "NAND Flash” mikrosxemlərinə tələbat 2015-ci ildəki 82,2 milyard giqabaytdan 508,4 milyard giqabaytadək artacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL