waplog

“LaCie LaPlug” “USB” vinçester və ya fləş breloku şəbəkə daşıyıcısına çevirəcək


“LaCie” şirkəti “USB” interfeysi ilə olan xarici daşıyıcılara birgə giriş təşkili üçün nəzərdə tutulmuş “LaPlug” qurğusunun satışlarına başlayır.

“LaPlug” lokal kompyuter şəbəkəsinə qoşulmaq üçün “Gigabit Ethernet” kontrolleri, həmçinin 802.11b/g/n dəstəkli “Wi-Fi” simsiz əlaqə adapteri ilə təchiz edilib.

Vinçesterlər, “USB” vinçesterlər və fləş breloklar 4 “USB” porta birləşdirilə bilərlər. Daşıyıcı qoşulduqdan sonra onunla lokal şəbəkəyə daxil olan istənilən stolüstü kompyuter və ya noutbukdan işləmək olar.

“LaPlug” qurğusunu informasiyanın ehtiyat üçün saxlanılması kimi istifadə etmək olar. Yeniliyi yaxın vaxtlarda əldə etmək mümkün olacaq; “LaPlug” qurğusunun qiyməti təxminən 75 dollar olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL