waplog

Ötən ilin ən güclü mobil qurğuları bəlli olub


“AnTuTu” şirkəti ötən ilə yekun vuraraq 2016-cı ilin ən məhsuldar mobil qurğularının siyahısını dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məhsuldarlığın sınağını aparan şirkət mütəxəssisləri ötən il testin optimallaşdırılmasına xüsusi diqqət yetirildiyini bildiriblər. Belə ki, reytinqdən əyri yolla əldə edilən bəzi yüksək qiymətləndirmələr çıxarılıb, eləcə də qurğuların işinin stabilliyi kimi yeni qiymətləndirmə amili tətbiq edilib. İlin yekunları üç kateqoriyaya - ən güclü smartfonlar, ən güclü “Android” sistemli smartfonlar və ən güclü “iOS” sistemli qurğulara bölünüb.

Yekunlar zamanı “AnTuTu” əməkdaşları əsas kimi ən yüksək göstəricini deyil, hər bir qurğunun orta balını götürüblər. Bu səbəbdən testin nəticələri müxtəlif faktorlardan asılı olaraq fərqlənə bilər.

2016-cı ilin ən məhsuldar smartfonlarının reytinqi:

“iPhone 7 Plus” - (181 316 bal); “iPhone 7” - (172 001); “OnePlus 3T” - (163 013); “LeEco Le Pro3” - (159 911); “Moto Z” - (148 820); “OnePlus 3” - (147 495); “Xiaomi Mi5S” - (145 093); “ASUS Zenfone 3” - (144 610); “Xiaomi Mi5S Plus” - (143 788); “ZTE Axon 7” - (143 463).

Şirkətin versiyasına görə, 2016-cı ilin ən güclü “Android” smartfonu 163 013 balla “OnePlus 3T” modeli seçilib. Ondan sonra kiçik fərqlə “LeEco Le Pro3” qərarlaşıb, liderlər üçlüyünü isə "Moto Z” tamamlayıb.

“iOS” qurğuları arasında ən güclü 2015-ci ildə buraxılan 12,9 düymlü "iPad Pro” planşeti (194 838 bal) olaraq qalır. İkinci yeri təxminən 10 min bal fərqi ilə “iPhone 7 Plus”, üçüncünü 9,7 düymlü “iPad Pro” tutub.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL