Bu qurğu enerji doldurulması zamanı smartfondakı məlumatların ehtiyat surətini yaradır
"Toshiba" şirkəti "Canvio for Smartphone" adlı xarici daşıyıcının tədarükünə başlayıb. Yeni cihaz "USB-C" və ya "USB-A" konnektorları vasitəsilə qoşulma zamanı "Android" mobil sistemli smartfonu enerji ilə doldurmaqla yanaşı, aparatdakı məlumatların ehtiyat surətini yaradır.
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, yeni cihazın prototipi Berlində keçirilmiş "IFA-2016" sərgisində nümayiş etdirilib. Görünüşcə ağ nəlbəkini xatırladan qurğu eyni zamanda həm kabellə qoşulmuş smartfonu enerji ilə doldurur, həm də istifadəçi məlumatlarının (kontakt, sənəd, musiqi, video) ehtiyat surətini daxili sərt diskdə saxlayır. Bunun üçün öncədən aparata proqram quraşdırmaq lazımdır.
"Toshiba" şirkəti tərəfindən hazırlanmış həll məlumatların saxlanılmasını mobil telefonun gündəlik şarjı kimi adiləşdirmək üçün nəzərdə tutulub. Bundan başqa, sözügedən qurğudan istifadəçi məlumatlarının bir smartfondan başqasına daşınması üçün istifadə etmək olar. Bu zaman məlumatlara fərdi kompüterdən müraciət mümkündür. "Canvio" qurğusu eyni anda bir neçə mobil telefonun məlumatlarının ehtiyat surətini saxlaya bilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL