İlk virtual platformalı mobil şəbəkə istifadəyə verilib
“velcom” şirkəti dünya mobil operatorları arasında ilk dəfə olaraq tam virtual mobil şəbəkə nüvəsini kommersiya istifadəsinə verib. Texnoloji innovasiya şirkətin şəbəkəsinin bütün konfiqurasiyasına təsir göstərəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, vahid virtual nüvəli şəbəkənin yaradılması üzrə layihə 9 aya “ZTE” şirkətinin Avstriya nümayəndəliyinin mütəxəssisləri ilə əməkdaşlıqda həyata keçirilib. “velcom” bunun üçün əsas şəbəkənin arxitekturasını köklü dəyişib və “NFV” şəbəkə funksiyalarının virtuallaşdırılması texnologiyasından istifadə etməklə nüvənin bütün əsas komponentlərini yeni “bulud” platformasına keçirib. Beləliklə, şirkət şəbəkəsində trafikin əsas hissəsi virtual nüvədən keçəcək.
Nüvənin virtuallaşdırılması şəbəkənin məhsuldarlığı üzrə məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək. Pik yüklənmə vaxtında resursların paylanmasını avtomatik tənzimləmək və lazım gəldikdə əlavə serverlərin gücündən istifadə mümkün olacaq. Layihənin həyata keçirilməsi “velcom” şəbəkəsində yeni məhsul və xidmətlərin daha tez tətbiqinə kömək edəcək.
Şəbəkə nüvəsinin tam virtual platformaya keçirilərək yenidən qurulması operatora mürəkkəb telekommunikasiya avadanlığını yeniləməkdən imtina etməklə onu standart server İT avadanlığı ilə əvəzləməyə imkan verəcək ki, nəticədə şəbəkə daha sürətli və etibarlı olacaq.
Layihənin tətbiqində “velcom” mobil operatorunun, “Telekom Austria Group” holdinqinin və “ZTE” şirkətinin Avstriya nümayəndəliyinin mütəxəssisləri iştirak ediblər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL