Yeni “ağıllı” eynək əməkdaşların yorğunluq simptomlarını müəyyənləşdirəcək
Yaponiyanın “JIN” şirkəti əməkdaşların diqqətlilik vəziyyətini müəyyənləşdirərək onların yorğunluq dərəcəsini hesablamağa imkan verən yeni “ağıllı” eynək texnologiyası hazırlayıb. Texnologiya yüz ballıq şkala üzrə aparılan hesablamaya görə kimin istirahətə ehtiyacı olmasını müəyyənləşdirəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, yaponlar əməksevərlikləri ilə məşhurdurlar, lakin işlə artıq yüklənmə səbəbindən tez-tez özünəqəsd hallarına təsadüf edilməyə başlayıb və bu problem getdikcə daha geniş miqyas alır. İntiharla mübarizəyə aparıcı şirkətlər qoşulub və nəticədə “ağıllı” eynək ərsəyə gətirilib.
Məlumata görə, “JIN” rəhbərliyi 20 şirkətlə saziş imzalamağı planlaşdıraraq 80 milyon yen məbləğində təxmini qazancı hesablayıb. Bir cüt eynəyin qiyməti 39 min yen, bir nəfər üçün monitorinqə görə 1 aylıq abunə haqqı 500 yen təşkil edəcək. Digər istehsalçılar da eynək istehsalına başlayıb, əməkdaşların duruşunu və onların hərəkətini izləyəcək qurğuların icadı ilə bağlı ideyalar yaranıb.
ABŞ-da əməkdaşlar sığorta vəsatətlərinə qənaət məqsədilə yuxu və gün rejimi monitorinqini aparan qurğularla təchiz edilir, işçi heyətinin həyat tərzi və vərdişləri təhlil olunur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL