waplog

Yerişi asanlaşdıran ekzoskelet yaradılıb


Harvard Universitetinin alimləri innovativ yumşaq ekzoskelet hazırlayıblar. Qurğunun unikallığı nisbətən az çəki ilə insanın yerişini 23 faiz asanlaşdıraraq enerjiyə qənaət etməsindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (Defence Advanced Research Project Agency - DARPA) vəsaiti hesabına hazırlanan ekzoskeletdən əvvəlcə hərbi əməliyyatların yerinə yetirilməsi zamanı əsgərlərin sərf etdikləri enerjiyə qənaətə imkan verəcəyi planlaşdırılmışdı.

Texnologiya üzrə layihə rəhbəri Konor Uolşun sözlərinə görə, onlar yeddi sağlam kişidən ibarət sınaq qrupu üzərində eksperiment keçiriblər. “Ekzoskelet yerimə zamanı yaxşı effektivlik nümayiş etdirib və nəticədə qurğu daşıyıcısı və onun köməyi olmadan hərəkət edən insanla müqayisədə 23 faiz enerjiyə qənaət edib. Bu, oxşar qurğular arasında hazırda qeydə alınan ən yüksək göstəricidir.

Məlumata görə, belə effektivliyə ekzoskeletin ustalıqla hazırlanan dizaynı sayəsində nail olunub. Ayağın stabilləşdirilməsi üçün çoxsaylı əzələ və vətərlərin tətbiq edilməsi nəticəsində mühəndislər belə bərkidilən xüsusi kəmərlərdən istifadə edən qeyri-adi sistem yarada biliblər. Qurğu orta hesabla istifadəçinin 23 faiz enerjisinə qənaət edəcək, lakin bəzi hallarda bu qənaət 10 faizədək azala və ya əksinə, 38 faizədək arta bilər.  

Tədqiqatçıların sözlərinə görə, onlara yaradılan sistemin çoxlu sınaqlarının keçirilməsi üçün əlavə vaxt tələb olunacaq. Çünki ekzoskelet quraşdırılan akkumulyatorlarla maksimum effektiv işləməli (hazırda qurğu ona naqillərlə qoşulan kənar akkumulyatorlarla işləyir) və bütün elektron proqram diqqətlə öyrənilməlidir.

Gələcəkdə, həmçinin ekzoskeletdən ahıl insanların qayğısına qalmaq və Parkinson və digər oxşar xəstəliklərdən əziyyət çəkən insanlar üçün istifadə nəzərdə tutulur. Lakin kəşfi hamıdan əvvəl ABŞ hərbçiləri sınaqdan keçirmək imkanı əldə edəcəklər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL