Yaponiyada qoxunun ötürülməsi üçün virtual reallıq qurğusu yaradıblar
Vaxt ötdükcə virtual reallıq texnologiyaları adiləşir: artıq hamıya məlum virtual reallıq şlemi və ya əlcəkdən başqa bazara yeni cihazlar (məsələn, qoxudan istifadəni reallaşdıran cihazlar virtual dünyaya daxilolmanı daha da reallaşdıracaq) çıxarılır.
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, bu ideya yeni deyil. Kino sənayesinin nümayəndələri hələ ötən əsrin 50-ci illərində qoxunun ötürülməsi üzərində təcrübə aparıblar. Belə ki, onlar kinoteatrlarda müxtəlif maddələri tozlandırmaqla tamaşaçıları heyrətləndirməyə çalışıblar. Amma bu, özünü doğrultmayıb.
İndi isə texnoloji inkişaf qoxunun ötürülməsində yeni mərhələ aça bilər. Məsələn, Yaponiyada hazırlanmış “VAQSO VR” adlı cihaz qoxunun ötürülməsini reallaşdırır.
Qurğu “Oculus Rift” və ya “HTC Vive” kimi populyar virtual reallıq şlemləri üçün modul formasında nəzərdə tutulub və onun daxilində ətirli maddələrdən ibarət xüsusi kartriclər yerləşdirilib. “VAQSO VR” prototipi üç konkret ətir yaratmağa imkan verir, ancaq qurğunun yekun versiyasında qoxuların sayı 5-10 arasında olacaq.
Bu cihaz ilk növbədə oyun həvəskarları üçün nəzərdə tutulub: məsələn, müharibə oyunlarında döyüş meydanının əsl qoxusunu istifadəçiyə hiss etdirəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL