Rabitə və yüksək texnologiyalar naziri Sumqayıtda vətəndaşlarla görüşəcək
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 27.01.2017-ci il tarixdə saat 12:00-da Sumqayıt şəhərində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonları və Sumqayıt şəhərinin sakinlərinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Sumqayıt şəhərində 018 6554599
Abşeron rayonunda 012 3410499
Qubadlı rayonu üzrə 018 6483392
Şuşa rayonu üzrə 012 4584688
Zəngilan rayonu üzrə 012 4326166
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL