Uşaqların kompüter qarşısında keçirəcəkləri vaxt məlum olub
Böyük Britaniya alimləri uşaqların və yeniyetmələrin sağlamlığına ziyanın qarşısını almaq üçün onların gün ərzində kompüter qarşısında keçirə biləcəkləri vaxtı açıqlayıblar.
"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, 120 mindən çox uşağın iştirak etdiyi tədqiqatın təşəbbüskarı qismində Oksford Universitetinin elmi əməkdaşları çıxış ediblər. Tədqiqat çərçivəsində gənc respondentlər arasında onların boş vaxtlarında nə ilə məşğul olmalarını, qurğulara nə qədər vaxt sərf etmələrini, eləcə də nəyə maraq göstərmələrini müəyyənləşdirmək məqsədilə sorğu keçirilib. Uşaqlar bildiriblər ki, onlar minimum vaxtı kompüter və televizora sərf edirlər. Smartfonlarla bağlı vəziyyət isə bunun əksini göstərib.
Alimlər qeyd edir ki, uşaqlar, eləcə də yeniyetmələr gündə 100 dəqiqədən çox kompüter oyunları oynamamalı, smartfonlara 117 dəqiqədən çox vaxt sərf etməməlidirlər. Yetişməkdə olan nəslin televizora baxması üçün mütəxəssislər 221 dəqiqə ayırıb.
Mütəxəssislər qlobal şəbəkədə 257 dəqiqə keçirməyi məsləhət görürlər. Bu hal normadan yüksək odluqda isə əsəb sistemi yüklənərək mənfi nəticələrə gətirib çıxara bilər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL