waplog

Adi lazerdən 10 dəfə güclü lazerin sınağı keçirilib


Çexiya və Britaniya beynəlxalq alimlər qrupu “Bivoj” lazerinin uğurlu sınağını başa çatdırıb. Min vatt gücə malik lazer oxşar tipli lazerlərdən 10 dəfə güclü olması ilə fərqlənir.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, Britaniya “Central Laser Facility” tədqiqat müəssisəsinin rəhbəri Con Kolyerin sözlərinə görə, bu, böyük əhəmiyyətə malik yeni dünya rekordudur. “Ən vacibi odur ki, burada hazırlanan bütün texnologiyalardan oxşar güclü lazer qurğularının yaradılması üçün də istifadə etmək mümkün olacaq”, - o qeyd edib.

Tədqiqatçılar izah edir ki, onların yaratdığı lazer öz tipi arasında ən güclüsüdür. Lakin dünyada daha güclü lazerlər də mövcuddur. Məsələn, Yaponiyaya məxsus 2 petavatt və ya 2 kvadrilyon vatt gücündə impulslar yaradan sürətli alışqanlı eksperimentlər üçün lazeri qeyd etmək olar. Lakin bu lazer digər oxşarları kimi, orta güc göstəricisinə (təkrar intensivlikli və enerji birləşməsindən ibarət, ən yüksək gücə gündə bir neçə dəfə çatan) malik deyil.

Çexiyanın “High Average Power Pulsed Laser” layihəsinin direktoru Tomas Moçek bildirib ki, bu lazerlər gündə bir neçə dəfə nail olduqları çox yüksək pik gücünə malikdirlər. Bundan başqa, onlar orta güc göstəricisindən məhrumdurlar. “Lakin bizim lazer dünyada ən yüksək orta güc göstəricisinə malikdir”, - direktor vurğulayıb.

“Bivoj” lazer layihəsinin hazırlanmasına 48 milyon dollar sərf olunub. Lazer qurğusunun çəkisi 20 ton təşkil edir. Alimlər qrupu mühəndis məqsədləri (məsələn, metalın əridilməsində), həmçinin sənaye istehsalı (yarımkeçirici materialların hazırlanmasında) üçün istifadə oluna biləcək yeni texnologiyanı bu ilin ikinci rübündə kommersiya bazarına çıxarmağı planlaşdırır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL