2016-cı ildə qlobal smartfon istehsalının həcmi 4.7% artıb
“TrendForce” analitik şirkətinin ekspertlərinin məlumatına görə, 2016-cı ildə qlobal smartfon istehsalının həcmi 4.7% artaraq 1.36 milyard aparat təşkil edib. Mütəxəssislər qeyd ediblər ki, “Samsung” şirkəti “Galaxy Note 7” qurğusu ilə bağlı uğursuzluğa baxmayaraq smartfon bazarının lideri adını qoruyub saxlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ancaq mütəxəssislər hesab edirlər ki, ötən il Cənubi Koreya şirkəti üçün çox çətin olub. “Note 7” smartfonlarının batareyasında nasazlıq səbəbindən şirkət 2016-cı ildə planlaşdırılmış tədarük həcminə nail olmayıb. “Samsung”, həmçinin smartfon bazarının payının azalmasını dayandırmağa nail olmayıb: 2014-cü ildə sözügedən şirkətin qlobal smartfon bazarına tədarükü 28% olduğu halda 2015-ci ildə bu göstərici 24.7%, 2016-cı ildə isə 22.8% təşkil edib.
“Samsung” şirkətinin smartfon bazarında payının azalması Çinin “Huawei”, “Oppo” və “Vivo” kimi brendlərinin güclənməsi ilə izah olunur. Ötən ilin nəticəsinə görə, bu şirkətlər aparıcı smartfon brendlərinin reytinqində 3-5-ci yerləri tutublar. “Apple” şirkətinin smartfon bazarında payı 15.3% təşkil edib.
Bundan başqa, Çinin daha 4 şirkəti (“Xiaomi”, “Lenovo”, “TCL” və “ZTE”) smartfonların top 10-da qərarlaşıb. “TrendForce” şirkətinin məlumatına görə, Çinin smartfon istehsalçıları ötən il 629 milyon smartfon istehsal edərək “Samsung” və “Apple” şirkətlərinin ümumi göstəricisini (519 milyon) ötüblər.
“TrendForce” analitik şirkətinin 2017-ci il üzrə proqnozuna görə, dünya smartfon istehsalının həcmi 1.46 milyarda yaxınlaşacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL