waplog

İnnovativ cihaz istirahət üçün ideal məkanı seçməyə kömək edəcək


Britaniyanın “Explore” turizm şirkəti “fikri oxuyan” və insana səyahət üçün seçim etməyə kömək edən yüksək texnoloji unikal sistem təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, avadanlıq miniatür beyin aktivliyi skaneridir. İnsana dünyanın müxtəlif ölkələrinin görməli yerlərinin videoyazıları nümayiş olunur və onun başında xüsusi cihaz vasitəsilə beyinin bioelektrik impulsları qeydə alınır.

Məlumata görə, xüsusi kompüter proqramının köməyi ilə əldə olunan məlumatların analiz prosesi gedir. Beyinin hər aktivliyi videoyazıdakı kadr ilə müqayisə olunaraq ən güclü müsbət emosiyalar seçilir. Sonra əldə olunan “təsvir” əsasında hər konkret insan üçün istirahətin istiqaməti müəyyənləşdirilir.

“Explore” “Yeni nəsil bələdçi” adlanan unikal sistemi yaxın vaxtlarda praktikada aktiv tətbiq etməyə başlayacaq və hər şeyin uğurlu alınacağı təqdirdə texnologiyanın digər turizm şirkətlərinə satılması planlaşdırılır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL