Yaxın gələcəkdə bu proqramlaşdırma dilinə tələbat çox yüksək olacaq
“Swift” proqramlaşdırma dili 2014-cü ildə “Apple” şirkəti tərəfindən təqdim edilib və bir neçə il sonra artıq liderlər qrupunda qərarlaşıb.
“Upwor” frilans birjasının mütəxəssisləri qlobal internet məkanında uğurlu iş qurmaq üçün lazımi bacarıq reytinqi tərtib ediblər. Kompüter təlimi, həmçinin danışığın tanınması ən perspektivli istiqamətlər kimi müəyyənləşdirilib. “Swift” proqramlaşdırma dili sözügedən reytinqdə ikinci yeri tutub.
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, sifarişçilər bir çox hallarda “Apple” şirkətinin cihazlarında işləyən mobil proqramların yaradılması üçün işçilər axtarır. Bu tapşırığın icrası üçün “Swift” proqramlaşdırma dilini bilən və iş təcrübəsinə malik istifadəçilər seçilir.
Qeyd edək ki, “Google” şirkətinin nümayəndələri tərəfindən verilmiş bəyanata görə, “Swift” proqramlaşdırma dili “Android” platformasında “Java”nı əvəz edə bilər. Ehtimal ki, bu əvəzetmə yaxın bir neçə ildə reallaşacaq, buna görə yaxın gələcəkdə “Swift” proqramlaşdırma dilinə tələbat yüksək olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL