“Google Docs” xidmətinin “Android” versiyasında şəkillərin redaktəsi funksiyası istifadəyə verilib
İstifadəçilərin əksəriyyəti ofis sənədləri ilə işləmək üçün "Microsoft Office" proqram paketinə üstünlük verir. Amma "Google" şirkəti daima öz xidmətlərini təkmilləşdirir. "Google Docs" servisində son yeniləmədə "Android" mobil əməliyyat sistemi üçün çoxdan gözlənilən bir neçə funksiya istifadəyə verilib. Yeni versiyadan istifadə edənlər şəklin ölçüsünü, yerini dəyişdirə bilərlər. Həmçinin mətnin yerini dəyişmək, yuxarı və alt kolontitulları qoymaq imkanı çıxdı. Əvvəllər belə imkan yalnız xidmətin onlayn versiyasında əlçatan idi.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, sənədə yerləşdirilmiş şəkillərin redaktəsi üçün tətbiqdə "Şəkil" vərəqi istifadəyə verilib. Qeyd edək ki, sənədə şəkil əlavə edilmədiyi halda bu vərəq görsənməyəcək. Mətni sürüşdürmək üçün onu seçmək və barmağın köməyi ilə lazımi yerə aparmaq lazımdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL