waplog

“Umbrella” dronu istifadəçini yağışdan qoruyacaq


“Drones Direct” şirkəti seriyalı “DJI Phantom 4” pilotsuz uçan aparatını modifikasiya edərək onu hamı üçün lazımlı qurğuya çevirib. Belə ki, dizaynerlərin adi kvadrokopterə çətir yerləşdirməsi sayəsində dron istifadəçinin başı üzərində uçaraq onu yağışdan qoruyur. Dronun xüsusilə hava şəraiti daim pis olan yerlərdə yaşayan insanlar üçün faydalı olacağı bildirilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, diqqəti daha vacib əşyalara yönəltmək məqsədilə bir əldə çətiri tutmamaq üçün istifadəçinin dronu smartofona qoşması tələb olunur. Bundan sonra qurğu “GPS” sistemindən istifadə etməklə istifadəçini hər yerdə izləyərək onun başı üzərində uçacaq. Dizaynerlər izah ediblər ki, “Umbrella” dronunun çətiri saxlaması sayəsində hətta pis hava şəraitində telefonla danışmaq, qəhvə içmək, velosiped sürmək və s. mümkün olacaq.
Məlumata görə, külək qurğu üçün təhlükə törətmir. O, ev, ağac və dirəklərdən yan keçərək hər şeyi “4K” formatlı kameraya çəkir, eləcə də bir dəfə enerji toplamaqla 30 dəqiqəyədək işləyir. Aparatın çəkisi 1 kq təşkil edir.

Adi “PJD Phantom 4” aparatının qiyməti təxminən 1252 dollar, “Umbrella” dronunun modifikasiya edilmiş variantının 1670 dollardır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL