Avstraliyada dünyada ilk qiqabitlik “LTE” şəbəkəsi istifadəyə verilib
Avstraliyanın ən böyük mobil rabitə operatoru olan “Telstra” dünyada 1000 Mbit/s-dək sürətdə məlumatların ötürülməsi imkanına malik ilk “LTE” şəbəkəni istifadəyə verib. “Netgear Nighthawk M1” adlı yığcam “4G” marşrutlayıcı bu sürəti dəstəkləyən ilk qurğudur. Qurğuda 1 qiqabitlik “Qualcomm X16” modemi istifadə olunur – yeni “Snapdragon 835” mobil prosessorunda analoji modem quraşdırılıb. “Netgear Nighthawk M1” qurğusu “Wi-Fi 802.11 ac” üzrə eyni anda 20 qurğuya qoşulmanı dəstəkləyir, daxili akkumulyatorun avtonom iş vaxtı 24 saatdır.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Telstra” şəbəkəsinin sınaq nümayişləri zamanı məlumatların yüklənmə sürəti təxminən 900 Mbit/s olub. Bu halda real şəraitdə göstəricilər müxtəlif amillərdən asılı olaraq dəyişə bilər. Qeyd edək ki, 2015-ci ildə məhz “Telstra” 600 Mbit/s-dək sürəti dəstəkləyən LTE şəbəkəsini işə salmış birinci operator olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL