waplog

Süni intellekt işdən yayınan əməkdaşları müəyyənləşdirəcək


Böyük Britaniyanın “StatusToday” şirkəti əməkdaşların hərəkətlərini izləyərək adi davranış qaydalarından yayınmalara diqqət yetirən korporativ təhlükəsizlik monitorinq sistemi hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, vəzifədən asılı olaraq şirkət əməkdaşları kommersiya sirri təşkil edən müxtəlif informasiyalardan istifadə edirlər. Bundan başqa, elektron açara malik əməkdaş ondan qadağan olunmuş əraziyə kənar şəxslərin buraxılması üçün istifadə edə bilər. Məhz belə təhlükələrin qarşısını almaq üçün Britaniya şirkəti əməkdaşların gündəlik davranış qaydalarına nəzarət sistemini yaradıb.

Məlumata görə, sistem əvvəlcə təşkilat çərçivəsində normal iş, əməkdaşların, şöbə və departamentlərin qarşılıqlı fəaliyyəti ilə bağlı məlumat nümunələri ilə təchiz edilir. Proqram müxtəlif informasiyanı, o cümlədən fayl və proqramlarla iş üzrə statistikanı və nəzarət sistemindən istifadə haqqında məlumatları toplayır. Sistemin işləməsi barədə ətraflı məlumat verilməsə də, təlim prosesinin təsvirindən görünür ki, o, kompüter təlimi üsullarından yararlanır.

Bildirilir ki, toplanan məlumatlar sayəsində proqram hər bir əməkdaş üçün xarakterik olan gündəlik fəaliyyətin izini tərtib edir. Məsələn, işçi heç vaxt daxil olmadığı qapını buraxılış vəsiqəsi ilə açmaq istəsə və ya kənar məlumat daşıyıcısına iritutumlu informasiyanın surətini köçürən zaman sistem bu barədə təhlükəsizlik xidmətinin əməkdaşlarına məlumat verəcək. Bundan əlavə, sistem əmək məhsuldarlığının təhlili üçün informasiyanın toplanması aləti kimi çıxış edir. Məsələn, proqram əməkdaşların şirkətin kompüterlərində kənar əlavələrdən istifadə etməmələrinə və başqa məşğuliyyətlər üçün işdən yayınmamalarına nəzarəti həyata keçirir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL