Videooyun vasitəsilə beyinə müdaxilə mümkündür
Yaxın gələcəkdə insan beyni elan verənlər, xüsusi xidmət orqanları, hakerlər və ya istənilən digər maraqlı tərəflər üçün zəngin informasiya mənbəyi ola bilər. Vaşinqton Universitetinin (ABŞ) tədqiqatçısı Tamara Bonaçi tərəfindən “Enigma” konfransında keçirilmiş sınaq bu fikri təsdiq edib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, sınaq iştirakçılarının başına real vaxt rejimində beyin qabığından göndərilən EEQ (Elektroensefaloqrafiya) siqnallarını qeydə alan qurğu taxılıb və onlara müxtəlif şəkilləri (nəhəng şirkətlərin loqosunu, avtomobillər, sürətli qidalanma restoranları və sairə) göstərən “Flappy Whale” oyununu qoşublar. Sınaq iştirakçısına təsvir göstərildikdə cihaz beynin reaksiyasını təhlil edərək onun bu və ya digər brendə münasibətini öyrənməyə imkan verib.
Qurğu, daha məxfi məlumatların (məsələn, insanın dini, siyasi baxışları və ya onun sağlamlıq vəziyyəti) toplanılması üçün də istifadə edilə bilər. "Bədənimiz tərəfindən buraxılan elektrik siqnalları özümüz haqda digərlərindən məxfi saxlamaq istədiyimiz informasiyanı özündə saxlaya bilər – Bonaçi deyib. Bundan başqa, biz, hətta bu informasiyanı bilmədən ötürə bilərik".
Tədqiqatçı vurğulayıb ki, virtual reallıq şlemlərinin istehsalçıları qeymerlərin oyundakı hadisələrə reaksiyasını öyrənmək üçün belə metoddan istifadə edə bilərlər. Bonaçi əvvəllər də beyinə müdaxilə təhlükəsi haqda xəbərdarlıq etmişdi, çünki hazırda kompüterlər beyin tərəfindən göndərilən, bizim haqqımızda vacib informasiyanı özündə saxlayan bütün EEQ siqnalları qəbul edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL