waplog

“Facebook” TV qəbuledicisi hazırlayır


Populyar "Facebook" sosial şəbəkəsi televizor dekoderi hazırlamağa başlayıb. "Apple TV" televiziya qəbulediciləri üçün servisi xatırladacaq videoəlavə vasitəsilə şirkət lisenziyalı proqramların translyasiyasını planlaşdırır.

"ICTnews" Elektron Xəbər Xidməti "HiTech-News" resursuna istinadən yazır ki, "Facebook" brendi reklam edəcək və şirkət üçün əlavə gəlir mənbəyi olacaq proqrama əlavələr etmək üçün materiallar yaratmaq məqsədilə kinostudiyalarla danışıqlar aparır. Beləliklə, servis yaradan sosial şəbəkə "Netflix" və "Amazon" şirkətlərinə bənzəmək niyyətindədir.

Məlumata görə, "Facebook" istifadəçilərin səbrindən sui-istifadə edərək "YouTube" servisində olduğu kimi, kontentin əvvəlində reklam yerləşdirməyəcəyinə söz verir və videonun ortasında 15 saniyəlik reklam çarxı yerləşdirməyi nəzərdə tutur. Proqram tərtibatçılarının sözlərinə görə, onların kontenti o qədər keyfiyyətli olacaq ki, istifadəçilər videolara baxan zaman reklamı səbirlə izləyəcəklər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL