waplog

“Gmail” poçt kliyenti “Chrome” brauzerinin köhnə versiyaları tərəfindən dəstəklənməyəcək


İstifadəçilərin bir çoxu müxtəlif səbəblərdən proqram təminatını yeniləmirlər. Bəziləri, sadəcə, yeni funksiyalara ehtiyac görmür, başqaları isə yaxşı işləyən sistemi dəyişdirmək istəmirlər. Amma yekunda tərtibatçılar köhnə versiyaların dəstəyini dayandırır və istifadəçilər daha müasir həllərdən istifadəyə keçməyə məcbur olurlar.

Artıq növbəti həftədən “Gmail” poçt kliyenti “Chrome” brauzerinin 53 və daha aşağı versiyaları qurulmuş kompüterlərdə dəstəkdən məhrum ediləcək. Bu haqda “Google” şirkəti öz bloqunda elan edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, "Chrome 49 brauzeri “Windows XP” və “Windows Vista” sistemlərini dəstəkləyən son versiyadır. Bildiyimiz kimi, bu sistemlər artıq “Microsoft” şirkəti tərəfindən dəstəklənmir. Buna görə biz israrla daha təhlükəsiz və dəstəklənən platformalara keçməyi məsləhət görürük" –  “Google” şirkətinin nümayəndəsi deyib.

Qeyd edək ki, “Gmail” poçt kliyenti əvvəlki kimi “Chrome” brauzerinin köhnə versiyalarında işləyəcək, amma istifadəçilər təhlükəsizlik yeniləmələri, səhvlərin düzəlişi və başqa vacib yeniliklərdən məhrum olacaqlar.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL