Belçikada işçilərin bədəninə çiplər quraşdırılıb
Belçikanın rəqəmli texnologiyalarla məşğul olan “Newfusion” şirkəti ölkə tarixində ilk dəfə olaraq dərialtı çip texnologiyasını tətbiq edib. Şirkət əməkdaşları dəriyə yerləşdirilən çiplər vasitəsilə qapıları aça və texnikadan istifadə edə biləcəklər.
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, çip kiçik ölçüyə malik olsa da, orada işçiyə ofisə daxil olmağa, noutbuk, eləcə də printer və digər ofis əşyalarından istifadə etməyə imkan verən çoxlu məlumat saxlanılır. Elektron açarlar səkkiz əməkdaşın razılığı ilə onların bədəninə yerləşdirilib.
Məlumata görə, çiplər identifikasiya üçün istifadə olunan vəsiqələri əvəz edib. Elektron açarın hər birinin qiyməti 100 dollar təşkil edir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL