waplog

“Swatch” saatları sensor ekrana malik olacaq


İsveçrənin “The Swatch Group” şirkəti “Swatch” markasının sensor ekranla olan ilk qola taxılan elektron saatını təqdim edib, “T3.com” saytı bildirib ki, saat “Swatch Touch” adlanacaq və oktyabr ayında satışa çıxarılacaq. Britaniyada onların qiyməti 100 funt-sterlinq təşkil edəcək.

“Swatch Touch” fiziki düymələrə malik deyil. Saatın bütün funksiyalarından - saniyəölçən, zəngli saat, tarix, taymerdən istifadə yalnız sensor maye kristal ekran vasitəsi ilə həyata keçirilir. Saat vaxtı eyni anda 2 saat qurşağında göstərə bilir.

Saatlar göy, mavi, çəhrayı, ağ, qara və kamuflyaj rənglərdə olan korpusda çıxarılacaqlar.

Məlumat üçün qeyd edək ki, “The Swatch Group” dünyanın ən böyük saat istehsalçısıdır. “Breguet”, “Omega”, “Rado”, “Swatch”, “Tissot” və digər brendlər ona aiddir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL