waplog

“Twitter” təhqirlərlə mübarizəni gücləndirir


“Twitter” şirkəti mikrobloqlar xidməti istifadəçilərinin təhqirləri ilə mübarizə tədbirlərini gücləndirəcək. Bu məqsədlə ötən il hazırlanan yeni təhlükəsizlik siyasətinin bir sıra müddəaları qüvvəyə minib. Bu barədə şirkətin rəsmi bloqunda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “HiTech-News” resursuna istinadən yazır ki, fevralın 7-dən etibarən “Twitter” şirkəti təhqiredici fəaliyyətin aparıldığı hesabların yaradılmasını və mövcudluğunu sıfıra endirmək üçün işə başlayıb. Məsələn, sosial şəbəkə qaydalarını pozduğuna görə blok edilən istifadəçi mikrobloqlar servisində yenidən səhifə aça bilməyəcək.

Bundan başqa, “Twitter” şəbəkəsində istifadəçiyə təhqiramiz və ya təhlükəli xarakter daşımayan materialların olduğu filtrdən keçirilmiş nəticələr almağa imkan verən təhlükəsiz axtarış funksiyası istifadəyə veriləcək.

Həmçinin servisdə başqa istifadəçilərin görə biləcəyi təhqiredici məlumatları dərc etmək qeyri-mümkün olacaq. Bundan əlavə, tezliklə sayt administrasiyası istifadəçilərə mənəvi ziyan vura biləcək məlumat və şərhlərin axtarışına başlamağı planlaşdırır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL