waplog

“Ağıllı” televizor istehsalçısı istifadəçiləri izləməsinə görə 2,2 milyon dollar cərimələnib


ABŞ Federal Ticarət Komissiyası (US Federal Trade Commission, FTC) dünyanın ən böyük “ağıllı” televizor istehsalçılarından biri “Vizio” şirkətini istifadəçiləri izlədiyinə görə 2,2 milyon dollar cərimə edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, məlum olub ki, şirkət istifadəçilərin razılığı olmadan və bildirmədən onlar haqqında məlumatların toplanılması üçün istehsal etdiyi televizorlarda “Smart Interactivity” funksiyasından istifadə edib.

Komissiyanın məlumatına görə, “Vizio” 11 milyon “ağıllı” televizorda izləmə üçün proqram təminatı quraşdıraraq ondan istifadəçilərin davranışı, onların İP ünvanları, yaxın internetə qoşulma nöqtələri və “ZIP” kodları barədə məlumatlar toplamaq üçün yararlanıb. İstehsalçı, həmçinin tarix, vaxt və istifadəçi tərəfindən baxılan televiziya verilişinin translyasiya olunduğu kanal, onlara real vaxt rejimində və ya qeyd edilməklə baxılması və s. haqqında məlumatlar yığıb. Toplanılan məlumatları “Vizio” informasiyadan reklam nümayişi məqsədlə istifadə edən kənar şirkətlərə satıb.

“Vizio” cəriməni ödəməyə, bütün toplanan məlumatları silməyə və qanunsuz izləməni dayandırmağa razılıq verib. Şirkət, həmçinin gələcəkdə müəyyən məlumatların toplanılması üçün əvvəlcədən istifadəçilərin razılığını alacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL