Dubayda sərnişinlərin dronlarla daşınmasına başlanılacaq
Bu ilin yayından etibarən Dubayda “EHang 184” sərnişin pilotsuz uçan aparatı insanları daşımağa başlayacaq. Bu barədə Dünya Hökumətlər Sammitində (World Government Summit) əmirliyin Yol və Nəqliyyat Agentliyinin rəhbəri bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, ilk dəfə “CES 2016” sərgisində nümayiş olunan “EHang 184” sərnişin dronunun prototipi klassik kvadrokopter raması əsasında yaradılıb və rəsmi məlumata görə, saatda 160 km-dək sürətlə hərəkət edir, havaya çəkisi 100 kq-dək sərnişini qaldıra bilir. Bunadək “EHang” şirkəti dronun uçuş sınaqlarının videosunu nümayiş etdirsə də, indiyədək pilotlu uçuşlar barədə məlumat verilməyib. Aparat yaradıcıları əvvəlcə maksimal uçuş vaxtını 23 dəqiqə nəzərdə tutublar, lakin indi uçuş vaxtının yarım saat çəkəcəyi qeyd olunur. Mühəndislərin aparatın enerji sərfiyyatını optimallaşdırması və ya göstəricilərin reklam məqsədilə şişirdilməsi ehtimal edilir.
Agentlik rəhbərinin sözlərinə görə, “EHang 184” sərnişin multikopterləri 2017-ci ilin yayından etibarən Dubay səması üzərində müntəzəm uçuşlar həyata keçirməyə başlayacaq. Dronun marşrut üzrə hərəkəti Yerdən “4G” şəbəkəsi vasitəsilə idarə olunacaq. Bundan başqa, sərnişin pilotsuz uçan aparata minən zaman yalnız təyinat məntəqəsini göstərəcək. Dronun bir uçuş üçün qət edə biləcəyi maksimal məsafə 50 km təşkil edir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL