Yeni çip danışığın tanınması imkanlarını genişləndirəcək
Massaçusets Texnologiya İnstitutunun alimləri danışığın avtomatik tanınması üçün yüksək keyfiyyətli çip hazırlayıblar və bu, səsli köməkçilərin imkanlarını genişləndirəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, “Amazon” şirkətinin “Echo”, “Google”un “Home” və “Apple”ın “Siri” səsli köməkçiləri sayəsində biz elektron qurğularımızla "ünsiyyət saxlayırıq". Massaçusets Texnologiya İnstitutunun alimləri bu tendensiyanı nəzərə alaraq xüsusi olaraq danışığın avtomatik tanınması üçün enerji səmərəli və məhsuldar çip hazırlayıblar.
İstehsalçıların məlumatına görə, yeni çip müasir smartfonlarda danışığın tanınması üçün istifadə edilən tipik həllərlə müqayisədə enerjinin 90-99%-I nisbətində qənaət edəcək. Məsələn, “iPhone” smartfonlarında “Siri” səsli köməkçisi ilə ünsiyyət üçün tətbiq edilmiş qurğu 1 vatt həcmində enerji sərf edir, halbuki yeni çip müvafiq işin yerinə yetirilməsinə 0,2-10 millivatt enerji sərf edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL