Kütlənin davranışını müəyyənləşdirən proqram hazırlanıb
Beynəlxalq alimlər qrupu fövqəladə hallar daxil olmaqla kütlənin davranışını proqnozlaşdıran “PULSE” adlı proqram yaradıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IT-Weekly” resursuna istinadən yazır ki, layihə üzərində Rusiyanın Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universiteti, Meksika Milli Avtonom Universiteti, Amsterdam Universiteti, Massaçusets Texnologiya İnstitutu və Boston Şimal-Şərq Universitetinin əməkdaşları çalışıblar.
Bildirilir ki, “PULSE” kütlənin davranışını modelləşdirərək ssenarilər proqnozlaşdırır. Məsələn, yanğın və daşqın zamanı çıxışlardan biri bağlı olduğu halda proqram mümkün basırığın harada olacağını göstərəcək. Həmçinin, alqoritm insan axını ilə əlaqə yaradan obyektlərin - çıxışların, hasarların və ötürücülərin yerləşməsini optimallaşdırır.
Layihə müəlliflərindən biri Vladislav Karbovski qeyd edib ki, layihənin başlıca vəzifəsi kütləvi tədbirlər zamanı təhlükəsizliyi artırmaqdır. “Məsələn, təşviş halında nəyin baş verəcəyini, basırıq zamanı potensial təhlükəli yerlərin harada olmasını, qapılardan birinə çoxlu insanın daxil olacağı təqdirdə nəyin baş verəcəyini proqnozlaşdırmaq mümkün olacaq”, - o qeyd edib.
Alqoritmin işinin əsasını insanların davranışını proqnozlaşdıran süni intellekt təşkil edir. Təlim kütləvi tədbirlər haqqında çoxlu informasiya barədə məlumatlar əsasında aparılıb. Alimlər müşahidə kameralarının videoqeydlərindən, xüsusi bilərzik məlumatlarından və hadisə iştirakçılarının sorğularından istifadə ediblər. “Proqrama modelləşdirilən bina və ya infrastruktur obyekti haqqında məlumatlar, insanların hərəkət qaydaları, çıxışda piyada axını dinamikasının proqnozu daxil edilir. “Əgər baş versə nə olacaq” ssenarisini proqnozlaşdırmaq olar”, - V.Karbovski izah edib.
Hazırda proqram Hindistanda keçirilən böyük dini bayramda zəvvar axınında sınaqdan keçirilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL